“Cambrilearn” uğurlu gələcək üçün ən gözəl seçimdir - MÜSAHİBƏ

Qlobal dünyada təhsillə bağlı tələblər dəyişib. Gələcəyin uğurlu bir mütəxəssisini yetişdirmək üçün məktəb seçimi çox önəmlidir. Azərbaycanda da bir çox valideynlər övladlarının uğurlu gələcəyi üçün məktəb seçiminə xüsusi həssaslıqla yanaşırlar.

Hazırda ölkədə ənənəvi məktəblərlə yanaşı beynəlxalq platformada tanınan, üstünlüklər vəd edən “Cambrilearn” onlayn təhsil platforması fəaliyyət göstərir.

"APA" nın müsahibi “Cambrilearn” platformasının Azərbaycan üzrə direktoru Zarina Zakirova ilə bu onlayn platformanın əsas üstünlükləri və gələcək üçün verdiyi vədləri müzakirə etdik.

- Uzun illərdir ki, Avropada onlayn məktəb platforması böyük rəğbətlə qarşılanır, Azərbaycan üçün bu ad, belə bir platforma yenidir. Fəaliyyətiniz haqda ətraflı məlumat verərdiniz

- Təhsilin, təməl biliklərin yüksək səviyyədə olması gələcəkdə karyeranın uğurlu olması üçün çox önəmlidir. Bu səbəbdən də artıq 8 ildir ki, bir çox Avropa ölkələrində fəaliyyət göstərən bu platformanı Azərbaycana gətirdik.

- “Cambrilearn”in əsas üstünlükləri nədir?

- “Cambrilearn” platformasında təhsil onlayndır. Ümumilikdə onlayn platformamızda 23 fənn tədris olunur. Müəllimlərimizin hamısı ingilis dillidir. Burada valideynin seçimindən asılı olaraq dərslər fərdi, yaxud da qrup şəklində keçirilə bilər. Qrup şəklində keçiriləcək dərslər zamanı, yəni onlayn sinif otaqlarında övladlarınızın sinif yoldaşları müxtəlif ölkələrdən olacaq. Əsas üstünlüklərimiz: zaman itkisi, yol yorğunluğu, ağır çanta daşımaq problemi, səhər tezdən yuxudan qalxaraq məktəbə qaçmaq kimi bir təlaşımız da yoxdur. İbtidai sinif şagirdlərinə heç bir ev tapşırığı verilmir. Şagirdlərimizin seçim imkanalrı var. Əgər onlar hansısa müəllimi, yaxud da onun metodunu bəyənməsə, rahatlıqla siniflərini dəyişə bilərlər. Şagirdlər nəinki müəllimi, eyni zamanda da tədris ilinin başlanmasını da özləri müəyyənləşdirə bilərlər. Biz bilirik ki, Azərbaycanda orta məktəblərdə tədris ili sentyabrda başlayır, iyunda başa çatır. Lakin “Cambrilearn”də şagird istəsə, ilin ortasında, sonunda, yaxud da əvvəlində tədris ilinə başlaya bilər. Qeyd edim ki, tədris ilimiz 10 aylıq müddəti əhatə edir. Ən böyük üstünlüyümüz 12 illik təhsili yekunlaşdırdıqda rahatlıqla xarici universitetlərdə təqaüdlə təhsil almağa imkan verən beynəlxalq diplomumuzdur. Yəni, adımız brendimizdir

- Beynəlxalq səviyyədə tanınan “A level” diplomu haqda ətraflı məlumat verərdiniz

- 12 illik tədris proqramını yekunlaşdıran şagird imtahandan keçdikdən sonra “Pearson” tərəfindən “A” level diplomu əldə edir. Bu diplom Mərkəzi Avropa ölkələrinə qəbul üçün çox böyük önəm daşıyır. Bizim platforma Azərbaycanda “Pearson”da akkreditasiyadan keçib. Hazırda “Cambridge”də də akkreditasiya prosesimiz gedir. Yəni, bu o deməkdir ki, şagirdlərimiz gələcəkdə iki diplomdan birini əldə etmək imkanına sahib olacaqlar. Xüsusi olaraq qeyd edim ki, bu gün bir çox ölkələr 12 illik təhsil proqramını yekunlaşdığını əks etdirən diplomlarla universitetə qəbulu həyata keçirirlər. Xüsusi olaraq qeyd edim ki, bu diploma sahib olan şagirdlərimizin təqaüd almaq imkanı çox yüksəkdir. Məsələn, Kanada və Amerika universitetləri “A level” diplomlara xüsusi önəm verirlər.

- Şagird dərsə qatıla bilmədikdə əvvəlki dərsi necə mənimsəyir?

- Bizim onlayn canlı dərslərimizlə yanaşı “record” yəni fayl olaraq öncədən yazılaraq hazırlanan dərslərimiz var. Qeyd edim ki, onlayn dərslər tədris ili başladıqda şagird və valideynin istəyinə görə hər gün bəlli zamanda başlayır. Şagird xəstə olduqda, dərsə qatıla bilmədikdə hazır “record” dərslərdən yararlana bilər. Bu dərslərin əsas üstnlüyü də ondan ibarətdir ki, şagird ilin 12 ayı, istədiyi vaxt əvvəlki dərsləri təkraralaya bilər.

- Şagirdlər tədris proqramını mənimsəməkdə çətinlik çəkdikdə necə, onlara köməklik edilirmi?

- Hansısa tədris proqramını mənimsəmədikdə şagirdlər mərkəzi ofisə yaxınlaşmaqla müəyyən köməklik ala bilərlər. Biz valideynlərə övladlarının nəzarətimiz altında olmasına əmin edərək qarantiya veririk. Həmçinin onları övladlarının yüksək təhsil alacağı ilə bağlı da əmin edirik.

- Şagirdlər üçün orta ümumtəhsil məktəbində təhsilin də önəmi var. Bununla bağlı nə tövsiyə edirsiniz?

- Valideynlərə də tövsiyə edirik ki, övladları “Cambrilearn”ə paralel olaraq təhsillərini buradakı yerli məktəblərdə də davam etdirsinlər. Bu o deməkdir ki, onlar eyni zamanda həm attestat ala biləcək, həm də 12 ilin tamamında beynəlxalq diplom əldə edəcəklər.

- Ümumilikdə nə qədər fənn tədris olunur?

- “Cambrilearn”də 23 fənn tədris edilir. Coğrafiya, biznes, iqtisadiyyat, mühasibatlıq, komputer mühəndisliyi, İT, data elmləri, tarix (həm avropa tarixi, həm də beyənlxalq münasibətlər”, beş dil (ispan, italiyan, rus, ingilis, fransız), robotexnika, riyaziyyat (asan və çətinlik səviyyəsinə görə, riyaziyyat 4 ayrı fənn olaraq keçirilir) tədris edilir.

- İbtidai sinifdə neçə fənn tədris edilir?

- İbtidai sinif şagirdlərinə 3 fənn tədris edilir: riyaziyyat, ingilis dili və elm. Bu fənlər şagirdlərin təməl bazalarının formalaşması üçün çox önəmlidir. 6-cı sinifdən ertibarən isə məktəbimizdə şagirdlərin karyera seçiminə xüsusi önəm verilir və buna fokuslanan fənlər tədris edilir. Xüsusi olaraq qeyd edim ki, 9-12-ci siniflərdə isə 3-4 fənn tədris edilir.

- Valideynlər üçün məktəblə yanaşı, müəllim seçimi də xüsusi önəm daşıyır. “Cambrilearn” platformasında işə qəbul üçün müəllim seçimi necə olur?

- Müəllimlər xüsusi seçilir və onların hər birinin yüksək akademik səviyyəsi olur. Müəllimlərlə müsahibə edildikdən sonra yüksək tələblərə cavab verənlər bu platformada işə başlayırlar. Bundan başqa qeyd edim ki, bu platformada işə qəbul edilən müəllimlərin ən azı 3-4 il pedaqogika sahəsində təcrübəsi olur.

- Gündəlik dərslər nə qədər müddət davam edir?

- Hər dərs 30-40 dəqiqə davam edir. Yəni günlük dərs saatı ən çox 3-4 saatdır.

- İmtahanlar necə təşkil olunur?

- Öncə onu qeyd edim ki, 9-10-cu sinif şagirdləri imtahan verərək “IGCSE”, 11-12-ci sinif şagirdləri isə “A level” diplomu əldə edirlər. Aşağı siniflərdə də imtahan keçirilir, lakin buna görə sertifikat verilmir. “IGCSE” ilə şagird hansısa xarici ölkədəki məktəbdə təhsil ala bilər. Lakin “A level” diplomla isə şəxs artıq xaricdə təqaüdlə universitetə qəbul oluna bilər. İmtahanların necə təşkilinə gəldikdə isə qeyd edim ki, bu proses mərkəzi Böyük Britaniyada olan “Pearson” tərəfindən təşkil olunur. Onlar bizə imtanah materiallarını göndərir. İmtahanı təşkil edərək bütün vəsaitləri nəticələrin yoxlanılması üçün onlara göndəririk. Nəticələr onlar tərərfindən yoxlanılır.

“Cambrilearn” uğurlu gələcək üçün ən gözəl seçimdir.